“Qarabağ”ın futbolçusu ən yaxşı seçildi

single-news
10 Fev 2024

“Qarabağ”ın futbolçusu ən yaxşı seçildi



“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandasının iştirakı ilə keçirilən “Bizim gələcəyimiz” turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə təşkil olunan yarışın qalibləri və ən yaxşılarının mükafatlandırma mərasimi baş tutub.

 

Komandamızın futbolçusu Əli Bəşirov da fərdi mükafata layiq görülüb. O, turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.

 

Qeyd edək ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beş oyun keçirdiyi turnirdə 5-ci yeri tutub. “Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 5-8-ci yerlər uğrunda matçda isə komandamız yerli “İsloç”a, ardınca Rusiya “Baltika”sına eyni – 1:0 hesabı ilə qalib gəlib.

 

Paylaş