`Qarabağ`ın futbolçusu `Rubin` yolunda

single-news
11 İyn 2010

`Qarabağ`ın futbolçusu `Rubin` yolunda



`Qarabağ`ımızın futbolçusu Rusiya premyerliqasında çıxış edə bilər. `Qarabağ`ımızın gənc istedadlarından Elgiz Kərəmliyə Rusiya çempionu `Rubin`dən dəvət gəlib. Klubumuza Kazan təmsilçisi tərəfindən daxil olan faksda 17 yaşlı yarımmüdafiəçi İyunun 16-sına kimi baxışa dəvət olunub. Klubun direktoru Zyüba tərəfindən imzalanmış faksda `Rubin`in Elgizin xidmətindən maraqlı olduğunu və futbolçu bəyəniləcəyi təqdirdə kazanlılarla müqavilə bağlayacağı söylənilib. Elgiz artıq bu gün `Rubin`in düşərgəsinə yollanacaq.

Paylaş

// pop up