“Qarabağ”ın futbolçusu U-21-də

single-news
5 Okt 2025

“Qarabağ”ın futbolçusu U-21-də



“Qarabağ”ın oyunçusu Hikmət Cəbrayılzadə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. O, oktyabrda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiyaya qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıb.

 

Komanda oktyabrın 6-da təlim-məşq toplanışına start verəcək. U-21 millimiz oktyabrın 10-da səfərdə Çexiya, dörd gün sonra isə Bakıda Şotlandiya ilə qarşılaşacaq.

Paylaş

// pop up