“Qarabağ”ın futbolçusu U-21-də
19 Mar 2026
“Qarabağ”ın futbolçusu U-21-də
“Qarabağ”ın oyunçusu Hikmət Cəbrayılzadə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. O, martda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Bolqarıstana qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıb.
Komanda martın 20-də təlim-məşq toplanışına start verəcək. U-21 millimiz martın 27-də Bakıda Portuqaliya, 31-də isə Plovdivdə Bolqarıstanla qarşılaşacaq.
