“Qarabağ”ın ilk rəqibi “Vestel Manisaspor” ola bilər (futbol+,29.06.2006)

single-news
29 İyn 2006

“Qarabağ”ın ilk rəqibi “Vestel Manisaspor” ola bilər (futbol+,29.06.2006)



Mustaqil idman qazetinin elektron versiyasi N 96 / 29.06.2005 səhifə 8 İki gün əvvəl Türkiyəyə - Qızılcahamama təlim-məşq toplanışına yollanan “Qarabağ” gündə iki dəfə olmaqla məşqə çıxır. Beşulduzlu “Patalya” otelində məskunlaşan ağdamlılar UEFA kubokunda rəqibi olan “Zimbru”yla səfər qarşılaşmasına Qızılcahamamdan getmək niyyətindədi. Bu müddətdə ölkə kubokunun son qalibləri beş yoxlama görüşü keçirməyi planlaşdırıb. İlk sınaqçı-rəqibin adı tam dəqiqləşməsə də, bu çox güman “Vestel Manisaspor” və “Mersin İdman Yurdu”ndan biri olacaq. Yeri gəlmişkən, “Neftçi”nin “Zimbru”yla matçlarda Zaur Tağızadəylə Georgi Adamiyanı “Qarabağ”a kömək məqsədiylə təklif etdiyi bildirilsə də, sonradan belə söz-söhbət gəzdi ki, bu futbolçular formada olmadığından müvəqqəti keçid baş tutmayacaq. Amma dünən klubun baş direktoru Əmrah Çəlikəllə söhbətdə adıçəkilən futbolçuların “Qarabağ”a keçidinin gündəmdə olduğunu öyrəndik. Əmrah bəyin dediyinə görə, bu gün Türkiyəyə yola düşən “Neftçi” başbilənləri ilə orda danışıq aparılacaq və bundan sonra Zaurla Adamiyanın taleyinə tam aydınlıq gələcək. Bu arada ötən mövsümü “Gəncə”də keçirən və vaxtilə “Qarabağ”ın şərəfini qoruyan İlham Yadullayevin sabiq klubuna dönəcəyi haqda söz-söhbət yaranıb. Deyilənlərin nə qədər həqiqətəuyğun olub-olmadığını bilməsək də, bir şey dəqiqdi ki, İlham Qızılcahamama gedən heyətdə yer almayıb.

Paylaş

// pop up