Qarabağın kapitanı Bakıdan borcunu qaytarmasını gözləyir (azerisport.az)

single-news
14 May 2010

Qarabağın kapitanı Bakıdan borcunu qaytarmasını gözləyir (azerisport.az)



Qarabağın kapitanı Aslan Kərimov klubun rəsmi saytına açıqlamasında Bakının XL-lə son turda sövdələşməyə getməyəcəyinə inandığını bildirib.

“Üç həftə əvvəl heç kim bizə şans vermirdi. Amma o zaman demişdim ki, qalan dörd matçda maksimum nəticə üçün meydana çıxacağıq. Düzdür, indi də taleyimiz öz əlimizdə deyil. Amma liderin Bakıyla oynaması ümid qığılcımı yaradır. Çünki Bakı hər zaman sona qədər döyüşən komandadır. Paytaxt klubunun potensialı imkan verir ki, Lənkərandan xal gətirsin. Çox maraqlıdı ki, son iki mövsümdə çempionluğun taleyini biz həll etmişik. Daha doğrusu, dəyişmişik. İndi özümüz gözləmə mövqeyindəyik. Amma eyni zamanda öz oyunumuza motivasiya olmalıyıq. Neftçinin legionerləri yola salması heç yerinə düşmədi. Avrokuboklara vəsiqə qazanmışıq. Lakin çempionluq futbol  üçün əsas zirvə sayılır” – azerisport.az xəbər verir ki, Kərimov belə deyib.

Paylaş

// pop up