"Qarabağ"ın kapitanı komandada məşqçi işləyəcək (fanat.az)

single-news
25 Dek 2009

"Qarabağ"ın kapitanı komandada məşqçi işləyəcək (fanat.az)



 

Fanat: Azərbaycan yığmasının 36 yaşlı sabiq kapitanı Aslan Kərimov bəlkə də ən çətin qərarını qəbul edib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın lideri yayda futbolçu karyerasını bitirməyi qərara alıb. Belə ki, Azərbaycan yığmasının formasını ən çox geyinən futbolçu yaydan etibarən özünü məşqçilik sahəsində sınamağı qarşısına məqsəd qoyub.
Məlumata görə, "Qarabağ" rəhbərliyi Kərimovun karyerasını bitirməsində maraqlıdır. Belə ki, onlar gələcəkdə zəngin təcrübəyə malik yarımmüdafiəçidən məşqçi kimi yararlanmaq istəyirlər. Aslan özü də böyük qayğı gördüyü "Qarabağ"da qalmağın əleyhinə deyil. Onunla rəhbərlik arasında hələ mövsüm başlanmazdan öncə bu barədə söhbət olubmuş. Lakin təcrübəli futbolçu oynamaq istədiyini bildirərək, yeni müqavilə imzalamışdı. Lakin getdikcə o gücünün tükəndiyinin fərqinə varır.
Qeyd edək ki, Kərimov Azərbaycanın ən köklü klublarında oynayıb. O, "Neftçi" və "Qarabağ"ın əsas futbolçusu funksiyasını yerinə yetirib.

Paylaş

// pop up