“Qarabağ”ın komandaları üçün seminar
26 Dek 2023
“Qarabağ”ın komandaları üçün seminar
“Qarabağ”ın futbol akademiyasında irqçiliklə mübarizəyə həsr olunan seminar təşkil olunub. Tədbirdə klubumuzun Futbolda Sosial Məsuliyyət üzrə əməkdaşı Elnur Əliyev və Gənclər Futbolunun İnkişafı proqramının rəhbəri Elşad Xudadatov, “Qarabağ”ın aşağı yaş qrupları üzrə koordinatoru Aftandil Haciyev iştirak ediblər.
Onların nəzarəti altında keçirilən seminara U-15, U-16, U-17, U-19 komandalarının futbolçu və məşqçiləri qatılıblar. Futbolçulara vacib qaydalar izah olunub, onları maraqlandıran sullar cavablandırılıb.
