"QARABAĞ"IN LEGİONERLƏRİ BU GÜN GƏLİR (ÇEMPİON, 07 FEVRAL, 2005)

single-news
7 Fev 2005

"QARABAĞ"IN LEGİONERLƏRİ BU GÜN GƏLİR (ÇEMPİON, 07 FEVRAL, 2005)



Fevralın 5-də Türkiyədəki toplanışı başa vuran "Qarabağ" Azərbaycana döndü. Bir neçə yoxlama matçlarında da ağdamlıların formasını geymiş legionerlər barəsində yekun qərar verilməyib. Ukraynalı Denis Sokolovski ilə Andrey Kolinenko klubla birgə Bakıya gəliblər. Digər legionerlər ukraynalı Artyom Şubin, Andrey Boxaç, serb Vladimir Roqanoviç, komerunlular Frensis, Daniel və Emanueldir. Klub rəhbərliyi Sokolovski və Daniellə müqavilə bağlamaq niyyətindədir. Klubun icraçı direktoru Emrah Çelikelın verdiyi məlumata görə, hansı oyunçularla müqavilə bağlanacağı bu gün məlum olacaq: " Sabah (söhbət dünən olub-red.) bəyəndiyimiz legionerlərlə son görüşümüz olacaq. Bundan sonra, kimlərlə müqavilə bağlayacağımız məlum olacaq. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizimlə Antalyaya getməyən Ruslan Musayev, Abuzər İbrahimov və Viktor Tulyantsevin klubda qalıb-qalmayacağına hələ aydınlıq gəlməyib. Onların da məsələsi sabah dəqiqləşəcək".

Paylaş