`Qarabağ`ın məğlubedilməz, Adamiyanın qol seriyası davam edir
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
22 Avq 2011
`Qarabağ`ın məğlubedilməz, Adamiyanın qol seriyası davam edir
`Qarabağ`ımız çətin Gəncə səfərindən qələbə ilə döndü. `Kəpəz`lə mücadiləyə bir sıra itkilərlə çıxan komandamız cari mövsüm ilk səfər oyununda əvəzedici heyətdən Elgiz Kərəmli və Kamil Hüseynovun adını oyun siyahısına saldırsa da `18`liyi doldurmaq yenə də mümkün olmamışdı. Hər şeyə rəğmən komandamız görüşə hücumlarla başladı. Ardıcıl həmlələr tezliklə öz nəticəsini verdi. Görüşün 8-ci dəqiqəsində İlqar Qurbanovun yerinə yetirdiyi künc zərbəsi sonrası Adamiya növbəti `şıq` qollarından birinə imza atdı. 30 yaşlı forvard topu dabanıyla tora göndərməklə həm cari mövsüm ilk qoluna imza tdı, həm də Gəncə klubuna qarşı qol seriyasını davam etdirdi. Belə ki, ötən mövsümün bombardiri ötən mövsüm baş tutmuş hər 2 oyunda da rəqibini məyus etmişdi. Bununla da gürcü yarımmüdafiəçi əyalət komandasına qarşı qol seriyasını 3-ə çatdırdı.
Ev sahibləri ilk qolun şokundan ayılmamış komandamız 2-ci dəfə rəqibini məyus etdi. Meydanın mərkəzində topu rəqibdən alan Qara dərhal Raufu gördü. 22 yaşı forvard bir oyunçunu keçərək irəlilədi, cərimə meydançasına daxil oldu. Əliyevin qapı istiqamətinə göndərdiyi top müdafiəçiyə dəyərək qapıçının başının üstündən tora daxil oldu. Rauf bununla premyerliqada ardıcıl 2-ci oyunda da fərqlənməklə bombardirlik yarışında iddialı olduğunu göstərdi.
İlk yarının qalan bölümündə komandamız dəfələrlə qola yaxın olsa da hissədə hesab dəyişmədi. İkinci yarı isə komandamız üçün yaxşı başlamadı. Parxaçov hesab arasında fərqi azaldan kimi `zədəlilər karvanına` daha bir futbolçumuz qoşuldu. Sağ cinah müdafiəçiləri Zaur Həşimov və Maksim Medvedevin yoxluğu səbəbindən bu mövqeyə çəkilən Emin İmaməliyevin əzələsi dartıldı və məcburiyyətdən İlqar Qurbanov Eminin yerinə keçdi. Belə də tam zədədən yeni qurtulan Əfran İsmayılov oyuna daxil oldu. 2-ci yarının gedişində yağışın da başlamsıyla oyun daha sürətli və dramatik məcrada keçməyə başladı. Qarşılıqlı hücumlar bəhrə vermədi və komandamız 9 ildir məğlub olmadığı rəqibini ardıcıl 4-cü dəfə məğlub etməyi bacardı.