QARABAĞ FK
"Qarabağ" ikinci dövrənin hazırlığını Bakıda davam etdirir. Türkiyədən dönən İsaak Pupo, Stavropoldan gələn Qoqa Beraya da komandaya qoşulub. Düşərgədə heç bir zədəli futbolçu yoxdur. Dünən səhər baş tutan hazırlıq komandanın bazasının fitness zalında keçirilib. Futbolçular məşqçilərin nəzarəti altında təxminən 2 saata yaxın fərqli hərəkətləri yerinə yetiriblər. Ardından komanda Suraxanı stadionuna yollanıb və orada məşq keçib. Hava şəraitilə əlaqədar olaraq klub üzvləri toplu hərəkətlərə əsaslanmış məşq yerinə yetirə bilməyiblər. Belədə futbolçular sadəcə müəyyən məsafələri qət ediblər. Dünən günorta saatlarında Bakıya dönən komandanın baş məşqçisi Rasim Kara artıq hazırlığı nəzarəti ələ alıb. Nəqliyyat problemi ilə üzləşən fiziki hazırlıq üzrə koordinator Mehmet Ak məlum səbəbindən Bakıya bu gün gələcək. Qeyd edək ki, hazırda komandaya baxışa gələn 3 gürcü futbolçuyla birgə məşqdə 24 oyunçu çıxış edir. Fərhad Vəliyev və Aslan Kərimov isə millinin düşərgəsindədir.
Paylaş