`Qarabağ`ın məşqləri davam edirir

single-news
7 Apr 2011

`Qarabağ`ın məşqləri davam edirir



`Qarabağ`ımız `Xəzər-Lənkəran`la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü `Qarabağ`ımızdan bir üst pillədə qərarlaşmış cənubluları qəbul edəcək  komandamız gündə bir dəfə olmaqla məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirir. Komandamızın məşqləri oyunun baş tutacağı saatda, 16:00-da keçirilir. Komandamızın hazırlığında futbolçuların hamısı iştirak edir.Sadəcə, ayağında burxulma olan Sahil Kərimov məşqlərdən kənarda qalıb.
`Neftçi`ylə sonuncu oyunda zədələnən Rauf Əliyev də məşqlərə başlayıb. Gözünə palçıq düşən forvardımız 2 günlük fasilənin ardından start götürüb. Sabahdan komandamız oyunla bağlı `kamp`a girəcək. 

Paylaş

// pop up