“Qarabağ”ın mükafatlandırılma mərasimi keçirildi
2 İyn 2024
“Qarabağ”ın mükafatlandırılma mərasimi keçirildi
Azərbaycan kubokunun 2023/24 mövsümünün mükafatlandırma mərasimi keçirilib. Tədbir “Liv Bona Dea Arena”da keçirilən final görüşündən sonra baş tutub.
"Qarabağ" tarixində 8-ci kuboka sahib çıxıb. Finalda "Zirə"ni 2:1 məğlub edən komandamızın futbolçu və məşqçi heyətinə qızıl medallar təqdim olunub.
Tədbirin sonunda Azərbaycan kuboku kapitanımız Maksim Medvedevə təqdim olunub. Karyerasını bu oyunla bitirən müdafiəçi kuboku başı üzərinə qaldırıb.
