"QARABAĞ"IN MÜSABİQƏSİNDƏ 100 NƏFƏR İKİNCİ MƏRHƏLƏYƏ ADLADI(FUTBOL+QOL, 15.03.2005)

single-news
15 Mar 2005

"QARABAĞ"IN MÜSABİQƏSİNDƏ 100 NƏFƏR İKİNCİ MƏRHƏLƏYƏ ADLADI(FUTBOL+QOL, 15.03.2005)



Ötən saylarımızda "Qarabağ"ın Bakıda istedadlı yeniyetmə futbolçu axtarışına çıxdığı və bu məqsədlə də müsabiqə keçiriləcəyi haqda xəbər vermişdik. Qeydiyyat tarixi üçün son tarix 11 mart müəyyən edilmişdir. 12-13 mart tarixlərində isə qeydiyyatdan keçənlər müsabiqə əsasında növbəti mərhələyə vəsiqə qazanmalı idilər. Ancaq iştirakçıların sayının gözləniləndən də artıq olması tarixin bir gün daha uzadılmasına səbəb oldu. Klubdan aldığımız məlumata əsasən 1987-92-ci il təvəllüdlü 1200-ə yaxın yeniyetmə qeydiyyatdan keçibmiş. Ancaq müsabiqədən yalnız 100-ə yaxın namizəd keçə bilib. İkinci mərhələdən də uğurla keçəcək gən futbolçular Hamdi Serpil Tüzünün rəhbərliyi altında bu böyük idman növünün sirlərinə yiyələnəcəklər. Türkiyəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında müsabiqəyə göstərilən diqqətdən razı qaldığını bildirib:Mən bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm ki, onlar bizim Müsabiqəyə belə diqqətlə yanaşdılar.Bizim məqsədimiz əsasən Futbol adına xeyir verə biləcək yeniyetmələri seçib, azərbaycan Futboluna qazandırmaqdır. Bu baxımdan müsabiqəyə 1150 nəfərin qatılması bizə lazım olanı tapmaqda çox kömək edəcəyini düşünürəm.Bunların arasından 100-ə yaxın yeniyetmə artıq II tura vəsiqə qazanıb, onların arasından da daha bacarıqlılar "Qarabağ"ın artıq mövcud gənc oyunçuları ilə bərabər məşqlərə başlayacaqlar. Müsabiqə müddətində də qeydiyyata düşmək üçün çoxlu zənglər oldu. Onlara da bildirmək istəyirəm ki, çox yaxın zamanda 1990-1993-cü il təvəllüdlü uşaqlar yenidən "Qarabağ"lı olmaq şansı əldə edəcəklər. Ona görə müsabiqədən keçməyənlər məyus olmasınlar. Birinci dəfə əgər həyəcanlı olmuşdularsa, bu dəfə öz bacarıqlarını göstərə biləcəklər".

Paylaş