"QARABAĞ"IN NÖVBƏTİ MƏTBUAT KONFRANSI
"QARABAĞ"IN NÖVBƏTİ MƏTBUAT KONFRANSI
“Qarabağ” Futbol klubunda bu gün əlamətdar anlardan biri yaşandı. Dürüstlük, ədalət, əxalaqi kriteriyalarla daim yaxşı mənada seçilən “Qarabağ” Futbol Klubu ənənəvi olaraq mövsüm öncəsi mətbuat konfransını keçirdi. Lakin bu dəfə komandaya yenicə qatılmış bir şəxsi də ictimaiyyətinə təqdim etdilər. Çempionatın başlamasına 1 həftə qalmış gözlənilmədən “Qarabağ”dan ayrılan baş məşqçi Rasim Karanın boşaldığı post Qurban Qurbanova tapşırıldı. Müstəqil Azərbaycan futbolunun ən güclü hücumçusu, milllinin bombardiri olmuş gənc və prespektivli Qurbanovun təqdimatı olduqca maraqlı və təmtəraqlı alındı. Dünyada şanlı futbol keçmişinə malik futbolçulara bir məşqçi kimi güvənmək tendensiyası “Qarabağ”dan da yan keçmədi. Daim mütərəqqi ideyalara üstünlük verən “Qarabağ” Futbol Klubu bu dəfə də ənənəsinə sadiq qaldı.
“Qarabağ” Futbol klubunun ani baş məşqi dəyişikliyinə baxmayaraq hədəfi dəyişməz qalıb. Hədəf qarşıdan gələn il mütləq çempionluqdur. Daim ambisiyalı olan Qurban Qurbanovun liderlik xüsusiyyətləri əsl “Qarabağ” Futbol Klubunun dəyər verdiyi prinsiplərlə üst-üstə düşür.
Elə mətbuat konfransı da hər zaman ki kimi, səmimi və demokratik prinsiplərə uyğun şəkildə keçdi. Hər zaman media mənsubları ilə səmimi münasibət quran Tahir Gözel bu dəfə də ənənəsinə sadiq qalaraq Qurban Qurbanovu mətbuata məhz vitse-prezidentimiz təqdim etdi.
Tahir bəy sözə başlayaraq baş məşqçinin gedişinin onun üçün də sürpriz olduğunu, lakin baş verənlərə baxmayaraq Rasim Karaya qarşı münasibətinin dəyişmədiyini və türkiyəli mütəxəssisə həmişəki kimi hörmət bəslədiyini bildirdi. Eyni zamanda artıq bu mövzunu bağladıqlarını və artıq sadəcə Qurban Qurbanovlu “Qarabağ”ın uğurlarını düşündüyünü bildirdi. “Qarabağ”ın ildən – ilə hədəflərini böyüdüyünü və gənc Qurbanovun enerjisi sayəsində daha da ucalacaqlarını bildirdi. Artıq bazanın tikilişini başladığını bildirən klub başçısı tezliklə media mənsubları “Qarabağ”ın yeni bazasına götürəcəyini də bildirdi. Və ən əsası Qurbanova sonsuz inam bəslədiyini və hər zaman gənc mütəxəssisi dəstəklədiyini bildirdi. Və nitqinin sonunda vitse-prezidentimiz “Qarabağ”dan ilk 3 yerin birini gözlədiyni də əlavə etməyi unutmadı.
Tahir bəyin ardınca Qurbanov da nitqə başladı. “Qarabağ” rəhbərliyinin ona göstərdiyi etimada görə təşəkkür edən gənc mütəxəssis ona bəslənən ümidləri doğrultmaq üçün əlindən gələnin ən yaxşısını edəcəyini bildirdi. “Qarabağ”ın mükəmməl kollektivinin olduğunu bildirən Qurbanov işinin çətin olacağını lakin qarşılıqlı anlaşma və bütünləşmə sayəsində irəliləyəcəklərini bildirdi. Eyni zamanda transfer pəncərəsinin bağlanmasına qədər kifayət qədər vaxt olduğunu və bir neçə transfer planlaşdırdığını bildirdi. Amma bu saat ilk işin futbolçularla qarşlıqlı anlaşma yaratmaq olduğunu, futbolu çox da geç qurtarmadığını bildirirək özünü də bir futbolçu olaraq hiss etdiyini bildirdi. Müxtəlif ölkələrdə keçdiyi təcrübənin də işini yaracağına inandığını bildirdi. Qurbanov sözlərinin sonunda “Qarabağ”ın qat-qat daha yaxşısına layiq olduğunu bildirməyi də unutmadı. Tahir bəy kimi Qurbanov da böyük məsuliyyət altına girdiklərini amma gördükləri işdən böyük zövq və qürur duyduqlarını bildirdi.
Ardınca Kütləvi İnformasiya Vasitələrinin konfrans iştirakçılarına ünvanladığı müxtəlif səpgili suallar cavablandırıldı.