“Qarabağ”ın pley-off oyunlarının vaxtı müəyyənləşib

14 Avq 2024
“Qarabağ”ın pley-off oyunlarının vaxtı müəyyənləşib
Komandamızın Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunların vaxtı bəlli olub. “Qarabağ”ın Xorvatiya “Dinamo”su ilə ilk matçı avqustun 20-də keçiriləcək. Zaqrebdəki “Maksimir" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cavab görüşü ayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Matç saat 20:45-də start götürəcək.