“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu

single-news
4 Avq 2025

“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu



Komandamızın Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibiləri müəyyənləşib. Bu, raundun bu gün İsveçrədə keçirilən püşkatmasında dəqiqləşib.

 

III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə görüşəcək komandamız turu adlasa, “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan və Şimali Makedoniya çempionlarının duelində qalib gələn komanda pley-off mərhələsinin ilk matçını səfərdə keçirəcək.

 

Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 5-6-da və 12-də, pley-off avqustun 19-20-də və 26-27-də baş tutacaq.

Paylaş

// pop up