“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
13 Avq 2025
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
Komandamızın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Bu, III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Ferensvaroş” (Macarıstan) – “Lüdoqorets” (Bolqarıstan) matçından sonra dəqiqləşib.
3:0 hesabı ilə qalib gələn “Ferensvaroş” pley-offa yüksəlib. Bu komandaların ilk görüşü qolsuz başa çatmışdı.
“Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 19-da, cavab qarşılaşması 27-də keçiriləcək. Komandamız ilk görüşə səfərdə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırıb – 1:0, 5:1.
