“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
Komandamızın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.
Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.
Komandamızın mümkün rəqiblərinin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalardır: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.
