"QARABAĞ"IN QƏLƏBƏSİ 5 OYUNA DƏYİŞDİRİLDİ. . .

single-news
10 Apr 2007

"QARABAĞ"IN QƏLƏBƏSİ 5 OYUNA DƏYİŞDİRİLDİ. . .



Bir gün öncə AFFA-da "Qarabağ" - "Bakı" oyunu ilə əlaqədar komandamızın göndərdiyi etiraz məktubu əsasında komissiya bir araya gəldi. Komissiyaya AFFA Baş Katibi Fuad Əsədov, Hakimlər Komitəsinin sədri Əli Hüseynov, Ələddin Ağayi, Məlik Həsənov və Vidadi Əhmədov daxil idi. Komissiya etiraz məktubunda göstərilmiş üç epizodun video görüntülərinə baxış keçirdi.
Matçın 7-ci dəqiqəsində Kənan Kərimova qarşı edilən kobudluğun haqlı olaraq sarı vərəqə ilə cəzalandırıldığı hamılıqla qəbul olundu. 22-ci dəqiqədə isə həmin epizoda oxşar, lakin daha qabarıq olan oyun anında hakim tərəddüdsüz qırmızı vərəqə verməli olduğunu bütün komissiya üzvləri bildirdilər.
Fuad Əsədovun fikirlərindən: "... burada hücumçu qapıçı ilə üzbəüz qalır və nə müdafiəçi, nə də qapıçı topa hücumçu qədər yaxın deyil. Üstəlik hücumçu (Vaqif Cavadov nəzərdə tutulur)cərimə meydançası daxilində də deyil ki, 11 metrəlik üçün yıxılması anlamına gəlsin. Burada hakim kobud səhvə yol vermiş və buna görə də öz qiymətini almalıdır..." Digər çıxış edənlər də bu fikrə dəstək oldular.
"Qarabağ" qapısına təyin olunmuş 11 metrəlik cərimə zərbəsi epizodunda da ötürmə edən futbolçunun məhz qırmızı vərəqə alan futbolçu olması bilavasitə oyunun nəticəsinə təsir kimi dəyərləndirildi. Məhz 22-ci dəqiqədə qırmızı vərəqə göstərilsəydi, oyunun axarının hansı məcraya yönələcəyini proqnozlaşdırmaq olmazdı...
Komissiya hakimlər komitəsinə bu məsələyə yenidən baxılıb, hakimlə bağlı qərar çıxarmağı tövsüyyə etdi.
Bu gün usə qərar AFFA saytında yayıldı:
"Azərbaycan çempionatının yüksək dəstəsinin XX turu çərçivəsində keçirilmiş «Qarabağ» - «Bakı» oyununun idarəçiliyində yol verdiyi nöqsanlara görə Hakimlərin Nizam-İntizam Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən Rövşən Əhmədov 5 tur oyunlardan kənarlaşdırılsın. "


 

Paylaş

// pop up