`Qarabağ`ın qürbətdə də azarkeşləri var - FOTO

single-news
4 Avq 2010

`Qarabağ`ın qürbətdə də azarkeşləri var - FOTO



`Qarabağ`ımızın uğurlarının həcmi artıq Azərbaycanın sərhədlərini də aşıb. Son 2 ildə Azərbaycanımızı uğurla təmsil edən komandamızın artıq ölkə hüdudların xaricində də azarkeşləri yaranır. Klubumuzun ünvanına gələn coxsaylı məktublar da bunu sübut edir.

`Qarabağ`ımızın Avropa Liqasının 3-cü turunda `Visla` ilə oyunda Polşaya məhz bu məqsədlə 2 azarkeş gəlmişdi. Layla və Kirh adlı 2 alman azarkeş komandamızın oyununa gəlib və sona qədər dəstəkləyib.

Hər 2 azarkeş sonra komandamızla görüşüb və komandamızın baş məşqçisi Qurban Qurbanovla xatirə şəkli də çəkdirib.

Paylaş

// pop up