“Qarabağ”ın rəqibi bəlli oldu
18 İyn 2025
“Qarabağ”ın rəqibi bəlli oldu
Komandamızın Çempionlar Liqasındakı ilk rəqibinin müəyyənləşəcəyi cüt bəlli olub. Bu, Avropanın ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsinin püşkatmasında dəqiqləşib.
Komandamız "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə görüşəcək. Bu klublar arasında oyunlar iyulun 8-9-da və 15-16-da keçiriləcək.
Bu cütün qalibi ilə komandamız arasında ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri ilk görüşə səfərdə çıxacaqlar.
