“Qarabağ”ın rəqibi dekabrın 18-də müəyyənləşəcək

single-news
14 Dek 2023

“Qarabağ”ın rəqibi dekabrın 18-də müəyyənləşəcək



UEFA Avropa Liqasının pley-offuna yüksələn “Qarabağ”ın rəqibi dekabrın 18-də müəyyənləşəcək. İsveçrənin Nyon şəhərindəki püşkatmada UEFA Çempionlar Liqasının qrupunda üçüncü olanlar və UEFA Avropa Liqasında qrupda ikinci yeri tutanlar bir-birinə rəqib olacaq.

 

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü olan 8 komandadan biri ilə görüşəcək.

Komandamızın mümkün rəqibləri “Qalatasaray”, “Benfika”, “Braqa”, “Lans”, “Milan”, “Yanq Boyz”, “Feyenoord” və “Şaxtyor”dur.

 

Qeyd edək ki, pley-offun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Paylaş

// pop up