`Qarabağ`ın rəqibi `Kəpəz` və ya `Qala`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
12 Okt 2012
`Qarabağ`ın rəqibi `Kəpəz` və ya `Qala`
AFFA-nın inzibati binasında 2012-2013 mövsümü üçün ölkə kubokunun püşkatma mərhələsi keçirilib. Yarışa 1/8 finaldan başlayacaq `Qarabağ`ımızın rəqibi `Qala` - `Kəpəz` cütlüyünün qalibi olacaq. 28 Noyabrda keçiriləcək mərhələ tək oyundan ibarət olacaq və `Qarabağ`ımız səfərdə çıxış edəcək. `Qarabağ`ımız mərhələ keçəcəyi təqdirdə ¼ finalda `Qəbələ` - `Qaradağ Lökbatan` - `Lokomotiv` cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələ 2 görüşdən ibarət olacaq.