"Qarabağ"ın "Sumqayıt"la 34-cü dueli

single-news
18 Fev 2021

"Qarabağ"ın "Sumqayıt"la 34-cü dueli



Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq.

 

Bu mövsüm komandalar çempionatda 2 dəfə üz-üzə gəliblər. Mövsümün Sumqayıtda baş tutan ilk duelində məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Komandamız "Azersun Arena"da rəqibini qəbul etdiyi görüşdə 6:1 hesablı qələbə qazanıb.

 

Bu qarşılaşma isə komandaların çempionatda 34-cü oyunu olacaq. “Qarabağ” bu qarşılaşmaların 24-də qalib gəlib. 5 matçda isə məğlub olub. 4 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də komandamız üstündür: 73-17.

 

Fevralın 19-u Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.

Paylaş