`Qarabağ`ın terapisti seminardan dönüb
7 Fev 2013
`Qarabağ`ın terapisti seminardan dönüb
`Qarabağ`ımızın terapesti Oktay Gürsoy yenicə seminardan dönüb. Terapistimiz 3,5 illik təhsilin ardından İNLPTA-nın (Beynəlxalq Neyro təhqiqatlar assosasiyası) diplomunu əldə edib. İnsanların fizioloji təkamülünün təcrübi yönləri üzərində tədqiqatlar edən Oktay bəy təcrübələrini idman: futbolçu və basketbolçular üzərində yerinə yetirib. Oktay bəyi dinləyək: `Bu çalışma subyektlərin təcrübələrinin psixoloji təzahürü üzərindədir. İNTPTA 40 ildir bu sahədə çalışmalara ilə diqqəti çəkir. Mənim 3,5 illik tədqiqatım idmançıların eyni aspektdəki fəaliyyətinin analizinə və yenilənməsi üzərindəydi. Təbii ki, öyrəndiklərimi `Qarabağ`da tətbiq edəcəm. İnşallah, bu hamımız üçün faydalı olar.`

