“Qarabağ”ın üç futbolçusu U-18-də

26 Apr 2024
“Qarabağ”ın üç futbolçusu U-18-də
“Qarabağ”ın üç futbolçusu Azərbaycanın U-18 yığmasına çağırılıb. Teymur Həsənov, Cavid Məlikov və Elgün İsaqov 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışına çağırılıblar.
Yığmamız aprelin 28-dən mayın 3-dək hazırlıq keçəcək. Toplanış Dalğa Təlim-Məşq Mərkəzində təşkil olunacaq.