"Qarabağ"ın yarımmüdafiə xətti daha güclüdür (üç nöqtə, 09.06.2006)

single-news
9 İyn 2006

"Qarabağ"ın yarımmüdafiə xətti daha güclüdür (üç nöqtə, 09.06.2006)



AZARKEŞLƏRİN QƏNAƏTİ BELƏDİR "Qarabağ" mövsümün sonuna doğru klubun hansı xəttinin daha güclü olmasını, eləcə də digər mövqelərdən fərqlənməsi barədə azarkeşlərin fikirlərini öyrənib. Bununla əlaqədar keçirilən sorğunun nəticələri məlum olub. Prosesdə iştirak edən respondentlərin hər 4 nəfərindən biri (25 faiz) "Qarabağ"ın yarımmüdafiə xəttinin daha inamlı təsir bağışladığına səs veriblər. Onlar orta xəttin komandanı öz arxasınca apara biləcəyini düşünürlər. Klubun müdafiə xəttinin inamlı oyunu da diqqətdən yayınmayıb. Bu mövqeni bəyənənlər də çoxdur (22 faiz). Çox güman ki, sorğuda iştirak edənlər ikinci dövrədə "Qarabağ"n daha az qol buraxmasını əsas götürərək müdafiə xəttini üstün tutublar. Sorğuda üçüncü yeri isə azarkeşlər xətləri bir-birindən ayırmayaraq "hamı" kataloquna səs veriblər. Sonrakı yerləri isə müvafiq surətdə hücumçular (13 faiz) və qapıçılar (11 faiz) tutub. Komandanın heç bir mövqeyini bəyənməyən respondentlər isə cəmi 9 faiz təşkil edib.

Paylaş