"QARABAĞ"IN YENİ BAŞ MƏŞQÇİSİ . . .

single-news
29 Dek 2005

"QARABAĞ"IN YENİ BAŞ MƏŞQÇİSİ . . .



"Qarabağ" Futbol Klubunun rəhbərliyi Klubun Baş Məşqçisi Postuna gətiriləcək namizədlərlə danışıqlarını davam etdirir. Bu danışıqlar bu gün daha da intensivləşmiş və konkretləşmişdir. Qeyd edək ki,danışıqlar birbaşa klub Prezidenti tərəfindən aparılır. Təkcə bu gün dörd namizədlə Klubun ofisində görüş keçirilmişdir. Onlardan ikisi yerli mütəxəssisdir.Adlarını açıqlamayacağımız digər iki namizədlərdən isə biri Türkiyədən, digəri isə Ukraynadandır. Hər iki mütəxəssis Klubumuz tərəfindən Bakıya dəvət olunmuş və iki gün ərzində müxtəlif vaxtlarda o mütəxəssislərlə də görüşlər keçirlimişdir. Görüşlər indi demək olar ki, yekunlaşıb və son qərarı Klub Prezidenti verəcək. Hadisələrin gedişi ilə və ilk olaraq "Qarabağ"ın yeni Baş Məşqçisinin adı ilə ən opertiv olaraq Klubumuzun Rəsmi Saytından tanış ola biləcəksiniz. İlk olaraq, sayt ziyarətçilərimiz Baş Məşqçimizi tanıyacaq, onunla ilk müsahibəni saytımızdan oxuya biləcəklər. Gözləyin . . .

Paylaş