"Qarabağ"ın zəif ampluası müdafiədir (ÜÇ NÖQTƏ, 23.06.2005)

single-news
23 İyn 2005

"Qarabağ"ın zəif ampluası müdafiədir (ÜÇ NÖQTƏ, 23.06.2005)



Ölkə çempionatını 6-cı pillədə başa vuran "Qarabağ" komandasının rəsmi internet saytında "Siz "Qarabağ"da hansı ampluanın futbolçularını daha zəif hesab edir və gücləndirilməsinə ehtiyac duyursunuz?" sorğusu başa çatıb. Sorğuda iştirak edən 264 respondent məsələyə öz münasibətini bildirib. Onlardan 25 faizi müdafiənin klubun ən zəif yeri olduğunu bildirərək bu ampluanın gücləndirilməsini istəyirlər. Azarkeşlərin 20 faizi isə "Qarabağ"ın hücum xəttinin gücləndirilməsini zəruri sayıb. Klubun ən etibarlı xətti isə yarımmüdafiə və qapı olub. Respondentlərin 8 faizi yarımmüdafiədən gileylənib. Sorğuda iştirak edənlərin cəmi 4 faizi isə qapıçıların gücləndirilməsinə ehtiyac duyur. Klubun internet səhifəsində artıq növbəti sorğu başlanıb. Bu dəfəki sorğuda azarkeşlər "hansı legionerlərin gələn mövsümdə "Qarabağ"ın şərəfini qorumasını istəyirsiniz?" mövzusuna münasibət bildirəcəklər.

Paylaş