`Qarabağ`la Azərbaycanda birləşmək zamanıdır

`Qarabağ`la Azərbaycanda birləşmək zamanıdır
``Qarabağ`ımız Avroliqanın pley-off mərhələsinə qədər sonuncu pillədə `Gefle`ni İsveçdə 2:0 məğlub edərək uğurlu seriyasını davam etdirdi. Tarixində 3-cü dəfə pley-off mərhələsində çıxş edəcək komandamız `Ayntraxt`la qarşılaşacaq. 3 il öncə `Borrusiya` ilə (Dortmund) qarşılaşan komandamız daha bir alman klubuyla üz-üzə gələcək.
Tarixində 2-ci dəfə ilk mərhələdən başlayaraq ən son həddə çatan komandamız bütün Azərbaycanın ruhunu özündə daşıyır.Ölkəmizdə və kənarlarında yaşayan soydaşlarımız `Qarabağ`da birləşib. İsveçdə `Gefle` oyundakı soydaşlarımız bunu bur daha göstərdi. Minlərlə kilometr qət edərək, Avropanın müxtəlif yerlərindən oyuna təşrif buyuran soydaşlarımız `Qarabağ`a inamını nümayiş etdirib, Skandinaviya fəthində iştirak etdilər.
Oyundan öncə `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözəl azarkeşlərlə görüşdə bunu ifadə etmişdi:`Biz bütün Azərbaycanın ruhunu bura daşımalıyıq. Buranı Azərbaycana çevirməliyik. Hiss etdirməməliyik ki, biz səfərdəyik. Bizə hər yer Azərbaycan olmalıdır. Gəlin, gücümüzü göstərək..`
Edilən alqışlar zəfərin ilkin sədaları idi...
..İndi qarşıdan `Ayntraxt`la qarşılaşma gəlir. UEFA kubokunun sahibi olmuş, dünyanın ən güclü çempionatlarından sayılan Almaniya təmsilçisinə qarşı Başqanımızın söylədiyi kimi indi vəhdət zamanıdır. Könüllərimizdə, beyinlərimizdə `Qarabağ`la birləşmək, qrup mərhələsi yolunda Azərbaycan naminə bütünləşmək zamanıdır.
`Qarabağ`a könül vermək, Azərbaycan üçündür..Avqustun 22-si və 29-u `Qarabağ`ın, Azərbaycanın gücünü niyə də göstərməyək? Tam zamanıdır...