“Qarabağ”la “İnter” qələbə qazandı, “Neftçi” isə uduzdu (apasport.az,25-02-2009)
“Qarabağ”la “İnter” qələbə qazandı, “Neftçi” isə uduzdu (apasport.az,25-02-2009)
111 günlük fasilədən sonra bu gün futbol üzrə Azərbaycan kuboku uğrunda yarış davam etdiriləcək. Apasport.az saytının məlumatına görə, turnirin 1/4 final mərhələsinin ilkin görüşləri baş tutacaq.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçəcək bu oyunlara azarkeşlərin marağını nəzərə alaraq, bütün matçlardan onlayn reportaj təqdim olunacaq.
Bakıda, eləcə də paytaxtdan kənarda gerçəkləşəcək qarşılaşmalarda vurulacaq qollar, ən maraqlı hadisələr və baş məşqçilərin oyunsonrası fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərsiniz.
AZƏRBAYCAN KUBOKU, 1/4 FİNAL MƏRHƏLƏSİNİN İLK OYUNLARI
25 fevral
14:00: “Qəbələ” - “Olimpik” - 1:1
Baş hakim: Anar Salmanov
Qəbələ. Şəhər stadionu
Qollar: Kənan Kərimov, 68 (penaltiylə) - Bəşir Müqədi, 38 (penaltiylə)
OYUN BAŞA ÇATIB
14:00. “Qarabağ” - “Neftçi” - 1:0
Baş hakim: Fariz Yusifov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Qol: Zaur Ramazanov, 4
OYUN BAŞA ÇATIB
15:00. “İnter” - “Simurq” - 2:0
Baş hakim: Anar Niyazov
Bakı. “Şəfa” stadionu
Qollar: Petar Zlatinov, 30; Xaqani Məmmədov, 86
OYUN BAŞA ÇATIB
18:00. “Xəzər-Lənkəran” - “Bakı”
Baş hakim: Babək Quliyev
Lənkəran. Mərkəzi şəhər stadionu
Qeyd: cavab oyunları martın 11-də və 12-də baş tutacaq.