`Qarabağ`la Qarabağ üçün...

single-news
19 Avq 2009

`Qarabağ`la Qarabağ üçün...



Bu gün Avroliqanın play-off mərhələsində baş tutacaq `Tvente` - `Qarabağ` macı öncəsi ənənvi mətbuat konfransı keçirilib. Komandamızın baş məqşçisi Qurban Qurbanovun qatıldığı tədbir təxminən 30 dəqiqə davam edib. Qurban müəllim konfransda komandanın fiziki probleminin olmadığını ciddi itkilərinin olmasına baxmayaraq sona qədər mübarizə aparacaqlarını bildirdi:` `Tvente`ylə oyuna `Rusenborq` və `Honka`da olduğu ciddiyətlə hazırlaşırıq. `Tvente`də gənclərə üstünlük verən komandadır. Hiss olunur ki, komandanın ciddi hədəfləri var. Stiv Maklaren maraqlı komanda yaradıb. Sabah onları 25000 azarkeş dəstəkləyəcək. Amma biz hər şeyə hazırıq`. Qurban müəllim eyni zamanda Qarabağla bağlı suallara da cavab verdi:`Azərbaycanın 1 milyon qaçqını var. Onalrın hamısının ürəyində `Qarabağ` sevgisi var. Amma bilirik ki, indiki durumda bütün Azərbaycan `Qarabağ`a azarkeşlik edir. Ona görə də üzərimizə əlavə məsuliyyət düşür. Biz meydanda `Qarabağ` forması altında Qarabağ` üçün mübarizə apardığımızı anlayırıq. Düzdü, bu futboldu. Hər şey ola bilər. Amma üzərimizə düşən missiyanı layiqincə yetirməyə çalışırıq`

Paylaş

// pop up