“QARABAĞ”LAR QARŞILAŞACAQ
10 Sen 2007
“QARABAĞ”LAR QARŞILAŞACAQ
Məlum olduğu kimi, müxtəlif yaş qruplarında milli komandaların oyun keçirməsinə görə ölkə birinciliyində fasilə elan olunmuşdur. Milli komandalara ən çox futbolçu göndərən klub olan “Qarabağ” Futbol klubu oyunçu azlığına rəğmən hazırlıqlarını davam etdirir. Belə ki, əsas milliyə 2, U-21-ə 4, U-19-a 9, U-17-ə isə 2 futbolçu göndərilib. Bu eyni zamanda həm əsas, həm də 1-ci dəstədə çıxış edən “Qarabağ-2”-yə də təsir göstərib. Ümumilikdə, 17 futbolçusunun xidəmətindən istifadə edə bilməyəcək komandalar bu gün saat 17:30-da yaranmış boşluğu aradan qaldırmaq üçün yoldaçlıq matçı keçirəcəklər.