"QARABAĞ”LAR QARŞILAŞACAQ
"QARABAĞ”LAR QARŞILAŞACAQ
Xəbər verdiyimiz kimi, çempionatda yaranmış 10 günlük fasilə ilə əlaqədar olaraq komandamız yoldaşlıq oyunu keçirməyi planlaşdırırdı. Həmin görüş bu gün baş tutacaq. Sparrinqçi rəqib isə elə özümüzünki olacaq. Belə ki, Suraxanı qəsəbə stadionunda “Qarabağ”la “Qarabağ-2” qarşılaşacaq. Onu da qeyd edək ki, əsas komandanın bir neçə üzvü bu günki oyunda iştirak etməyəcək. Xəbər verdiyimiz kimi, əsas millinin düşərgəsində olan Fərhad Vəliyev və Aftandil Hacıyevlə yanaşı U-21-lə dünən İtaliyaya qarşı oynamış Osman Umarov, Nodar Məmmədov, Maksim Medvedev, Vaqif Cavadov çox güman ki, bu gün meydana çıxmayacaqlar. Kapitan Aslan Kərimovun da meydana çıxacağı dəqiq deyil.
Son da onu da xatırladaq ki, oyun saat 16:00-da baş tutması planlaşdırılır. Həftəsonu milli çempionatın oyunlarının keçirilmə vaxtı qeyd olunmuş vaxta təyin olunduğundan bu görüş necə deyərlər həmin vaxta konsentrasiya xarakteri bağışlayır.
