"QARABAĞ"LILAR 2 MİN QAZANDI ( FUTBOL+QOL, 27.05.2006)

single-news
28 May 2006

"QARABAĞ"LILAR 2 MİN QAZANDI ( FUTBOL+QOL, 27.05.2006)



"Qarabağ"ın ölkə kubokunun finalına yüksəlməsi nə qədər gözlənilməz olsa da, bu reallıqdır. "Neftçi" səddinin keçilməz olmadığını sübut edən ağdamlılar finalda "Karvan"ı üstələmək və UEFA Kubokuna vəsiqə qazanmaq istəyir. Belə bir həlledici məqamda klub rəhbərliyi futbolçuları mükafatlandırmağı unutmayıb. Əsas heyətdə yer alan hər bir oyunçuya 2000 dollar pul verilib. Ehtiyatda qalanlar və komandanın digər işçiləri də yaddan çıxmayıb. Onların mükafatı meydanda top qovanlardan az olsa da, qələbə payı olan bütün insanlar öz hədiyyələrini alıblar. Bu arada ağdamlılar yoldaşlıq görüşünə çıxıblar. "Olimpik"lə qarşılaşan "Qarabağ" rəqibini 4:1 hesabıyla məğlub edib. Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə Ağdam təmsilçisindən Samir Musayev və Ramiz Hüseynov dubl edib. Qonaq tərəfdən isə Emin Əmiraslanov fərqlənib. Matç ərzində daha çox diqqətləri çəkən məqam oyunu izləyənlər arasında "Bakı"nın keçmiş baş məşqçisi Əsgər Abdullayev və onun köməkçisi Novruz Əzimovun olmasıdır.

Paylaş