"QARABAĞ"LILAR "NEFTÇİ" ÜZƏRİNDƏ QƏLƏBƏNİN MÜKAFATINI ALIB (HET-TRİK, 26.05.2006)

single-news
26 May 2006

"QARABAĞ"LILAR "NEFTÇİ" ÜZƏRİNDƏ QƏLƏBƏNİN MÜKAFATINI ALIB (HET-TRİK, 26.05.2006)



"Qarbağ"ın ölkə kubokunun yarımfinalında "Neftçi"ni üstələməsi artıq keçmişdə qalıb. Çoxları finalda "ağ-qarlar"ı görsə də, Ağdam təmsilçisi bütün mülahizələri alt-üst etdi. Düzdür, "Qarabağ" çempionla oyunlarda o qədər də yüksək təsir bağışlamadı. Ancaq ağdamlılarda olan istək və əzmkarlıq onları finala yüksəltdi. İndi "Qarabağ" kubokun həlledici matçında "Karvan"ı məğlub edərək, UEFA kubokuna yollanmaq fikrindədir. Rəhbərlik isə yenə də komandanın uğurunu qiymətləndirməyi unutmayıb. Belə ki, məhz "Neftçi" üzərində qələbəyə görə "Qarabağ"ın əsas heyət üzvlərinin hər birinə iki min dollar mükafat verilib. Ehtiyatda oturanlara və komandada digər vəzifələrdə çalışanlara gəldikdə isə, əlbəttə onların rəhbərlikdən aldığı para əsas heyət üzvlərindəkindən az olub. Amma hamı mükafatdan razı qalıb.

Paylaş