“QARABAĞ”LILAR NİKBİN DANIŞDILAR
“QARABAĞ”LILAR NİKBİN DANIŞDILAR
“QARABAĞ”LILAR NİKBİN DANIŞDILAR
Oyun öncəsi azarkeşlər kimi, yığma üzvlərinin əhval-ruhiyyəsi də yüksək, qələbəyə inamı isə çox böyükdür.Bu mənada “Qarabağ”ın üzvləri də istisna deyillər. Bu klubun yığmada yer alan üzvləri belçikalılarla son matç öncəsi verdikləri açıqlamalarında “qapını bərk çırpmaq” istəklərini aşkar şəkildə ortaya qoyublar. Həmin futbolçulardan biri də komandanın kapitanı Aslan Kərimovdur. Bidiyiniz kimi, Kərimov yığmada da bu sarğını daşıyır. Amma finlərlə oyunu cəza səbəbindən buraxdığından, sarğı Rəşad Sadıqova həvalə olunmuşdur. Bu gün meydançaya çıxacağı tədqirdə Aslanın yenidən kapitan olacağı gözlənilir: “Finlandiyada komandamız çox yaxşı oynadı. Belçika ilə matça gəlincə, baş məşqçi şans versə, əlimdən gələni etməyə hazıram. Təbii ki, meydançaya qələbə üçün çıxacağıq. Hər halda son matçda qələbə qazanmaq əla olardı”. Fərhad Vəliyev isə Belçikanı evə əliboş yola salacaqlarına inandığını gizlətmir: “İşallah, son matçımızda qələbə qazanaraq millimizin azarkeşlərini sevindirməyə nail olacağıq. Finlandiya ilə oyundan sonra hər kəsdə inam yaranıb. Zənnimcə Belçikanı əli boş yola sala bilərik”.