`Qarabağ`lılar olanda...`Qarabağ`lılar qələbə qazandırdı

single-news
19 Noy 2009

`Qarabağ`lılar olanda...`Qarabağ`lılar qələbə qazandırdı



Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş turniri 3-cülüklə başa vurub. Sonuncu macda Çexiya millisiylə qarşılaşan komandamız rəqibini 2:0 məğlub edib. Təbii ki, bu uğurda `Qarabağ`ın millidə forma geyən futbolçularının əməyi danılmazdır. Təsadüfi deyil ki, start heyətində yer alan 5 `Qarabağ`lıya  - Fərhad Vəliyev, Maksim Medvedev, Elnur Allahverdiyev, Elvin Məmmədov, Vaqif Cavadova sonradan Rəşad Sadiqov və Vüqar Nadirov  qoşuldu. Belədə 7  (!!!) `Qarabağ`lıyla millimiz hər nə qədər əsas heyəti sayılmasa da dünyada seçilən millilərindən olan Çexiyanı məğlub etdi. 25-ci dəqiqədə İraqla oyunda iştirak etməyən  `Qarabağ`lılar  Maksimlə Vaqif ilk qolu təşkil etdilər. Bu Cavadovun millidə vurduğu 5 qol oldu. Beləliklə, 20 yaşlı hücumçu `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovdan sonra millinin 2-ci ən sərrast futbolçusu oldu. Eyni zamanda iştirak etdiyi son 3 oyunda qol vurmaqla da bir ilkə imza atdı. 2-ci qolun vurulmasında da Vaqif iştirak etdi. Cavadovun 89-cü dəqiqədə yerinə yetirdiyi künc zərbəsindən sonra Ruslan Abışov qələbəmizi rəsmiləşdirdi.

Paylaş

// pop up