Qarabağlılar `Qarabağ` haqqında...
25 Noy 2010
Qarabağlılar `Qarabağ` haqqında...
Müşfiq Hüseynov, Məşqçi: `Qarabağ` komandası mənim sözün bütün mənalarında evimdi. Karyeramı bu klubda başlamışam. Elə karyeramı `Qarabağ`da da bitirdim. Çox ağır günlərimiz olub. Bəzən aylarla pul üzünə həsrət qalmışıq. Amma şükürlər olsun ki, son 10 ildə `Qarabağ` ailəsi bir rahatlığa qovuşub. Komandamızın rəhbərliyi elə bir ailə mühiti yaradıb ki, hər kəs özünü çox rahat hiss edir. `Qarabağ` rəhbərliyi daim özü dəyərlərinə sahib çıxır. Mən futbolu bitirən kimi, rəhbərlik məni çölə atmadı. Dərhal işlə təmin olundum, elə karyeralarını `Qarabağ`a həsr etmiş Səttar Əliyev, Yaşar Hüseynova da vida mərasimi təşkil edildi, dəyərli hədiyyələr verildi və doğma komandalarında məşqçiliyə başladılar. Bu gün hansı klub rəhbərliyi bunu edib? Ona görə də qarabağlılar bu rəhbərliyinin etdiklərini heç vaxt unuda bilməz.
Vüqar Nadirov, futbolçu:`Futbolun sirrlərini `Qarabağ`da öyrənməyə başlamışam. Hətta uşaq yaşlarımdan belə `Qarabağ` rəhbərliyi mənə xüsusi olaraq maaşla təmin edirdi. İlk dəfə `Qarabağ`ın heyətində meydana çıxanda 15 yaşım vardı. `Qarabağ` rəhbərliyi daim mənə sahib çıxdı. Bir ağdamlı, qarabağlı olaraq daim rəhbərliyin diqqətini öz üzərimdə hiss etmişəm. Onlardan bu baxımdan heç vaxt narazı qala bilmərəm. `Qarabağ`a 2-ci dönüşümdə də demişdim. `Qarabağ` mənim ailəmdi. Yaradılan bütün bu şəraitə görə `Qarabağ` rəhbərliyinə təşəkkür edirəm.
Namiq Yusifov, futbolçu:` Rusenborq`la oyun ərəfəsində demişdim ki, qoy mən meydanda ölüm amma `Qarabağ` qələbə qazansın. Bu cümlə heç də təsadüfən yaranmamışdı. Mən Ağdamlı olsam da, komanda da hər kəs də eyni yanğını görürdüm. Məhz rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hır kəsin eyni ruha sahib olmasının təzahürü `Qarabağ`ın ruhunu formalaşdırdı. `Qarabağ`da elə abu-hava var ki, burda oynamış istənilən futbolçu bunu təsdiq edə bilər. Rəhbərlik bizimlə elə davranır ki, sanki, öz övladlarıyıq. Başqa klublara da hörmətimiz var. Amma Azərbaycanın heç bir klubunda `Qarabağ`da olduğu kimi həssas və futbolçuya diqqət verən rəhbərlik yoxdu.