"QARABAĞ"LININ DEBÜT DUBLU . . .

single-news
9 Apr 2006

"QARABAĞ"LININ DEBÜT DUBLU . . .



U-21 (start heyəti): Kamran Ağayev, Saşa Yunusoğlu, Natiq Qasımov, Ceyhun Adışirinov, Vladimir Levin, Ruslan Əmircanov, Nakim Vəliyev, Tərlan Xəlilov, Ramal Hüseynov, Murad Ağakişiyev, Fərid Quliyev. "Qarabağ" - Cahangir Həsənzadə(Vitaliy Kovalyov),Zoran Çilinşek(Orxan Bəşirov), Fərid Haqverdiyev,Ramiz Hüseynov(Elnur Məmmədzadə),Vasif Haqverdiyev, Elmir Xankişiyev, Mehran Əliyev (Əfran İsmayılov), Qoqa Beraya, Müşviq Hüseynov (Rauf Əliyev),Samir Musayev. Oyun gənc milli üçün Türkiyə matçı öncəsi hazırlıq , "Qarabağ" üçün isə uşaq futbolundan perspektivli futbolçulara baxış xarakteri daşıyırdı. Oyun sakit məcrada başladı və 10-cu dəqiqədə "Qarabağ"lı Fərid Quliyev millinin heyətində qolla debüt etdi. 19-cu dəqiqədə Müşviq Hüseynovun zərbəsi müdafiəçinin əlinə dəysə də hakim penalti zərbəsi təyin etməyə tərəddüd etdi.28-ci dəqiqədə Elmirin aşırma ötürməsindən sonra Müşviq Hüseynov qapıçı ilə qarşı-qarşıya qaldı.Lakin ötürmə zamanı müdafiəçinin səhv edəcəyini gözləməyən forvard topu itirdi.35 dəqiqəlik ilk hissə 0:1 hesabı ilə başa çatdı. İkinci hissədə dörd 1988-89-cu il təvvəllüdlü futbolçunu meydana buraxan Böyükağa Ağayev onlara milliyə qarşı forma geyinməsinə şərait yaratdı. Hissənin ilk dəqiqələrində qapıçı Vitaliy Kovalyovun ötürmədə səhv etməsi Fəridin dubl etməsinə şərait yaratdı. Son dəqiqələrdə Elmir Xankişiyev cərimə meydançası həndəvərində Əfran İsmayılovun qazandığı cərimə zərbəsini qolla tamamladı.Buna qədər isə milli daha bir dəfə fərqləndiyindən hesab 1:3 millinin xeyrinə başa çatdı. Oyundan sonra Böyükağa Ağayev gənc "Qarabağ"lıların oyunundan razı qaldığını bildirdi. O, xüsusilə 1989-cu il təvəllüdlü Əfran İsmayılovun oyununu bəyəndiyi xüsuslilə vurğuladı.

Paylaş