“Qarabağ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi

single-news
2 Apr 2026

“Qarabağ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi



Bizon Azərbaycan Kubokunda 1/2 finalın ilk oyunlarının təyinatları açıqlanıb. Komandamızın “Sabah”la ev görüşünün hakimləri müəyyənləşib.

 

Aprelin 3-də keçiriləcək matçın baş hakimi Rauf Cabarov olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

 

İnqilab Məmmədov qarşılaşmanın dördüncü hakimi olacaq. Kamal Umudlu VAR, Vüsal Məmmədov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Erkin Hüseynov olacaq.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Paylaş

// pop up