`Qarabağ`sevərlərə özəl müjdə!!!
18 Avq 2010
`Qarabağ`sevərlərə özəl müjdə!!!
Sabah Azərbaycan futbol tarixinin ən önəmli matçlarından biri baş tutacaq. Müstəqillik tariximizdə ilk dəfə məhz `Qarabağ`ımız belə bir Avropa nəhəngi ilə qarşı-qarşıya gələcək. Avropa Liqasının qrup mərhələsinə son addım məhz Dortmundun `Siqnal İduna Park` stadionundan başlayacaq. Azərbaycan futbolu üçün misilsiz bir olay bütün ölkəni və dünya üzərində yaşayan soydaşlarımızı bir araya gətirib. Sabah axşam 1997-cidə Çempionlar Liqasının qalibi, 80000 azarkeşlik `Borrusiya`nın qarşısına çıxacaq `Qarabağ` bütün ölkənin ümidinə çevrilib. Milyonlarla insanın intizarına artıq son!!! Və bütün `Qarabağ`sevərlərə müjdə!!! Avropa Liqasının play off matcı olan `Borussiya` - `Qarabağ` oyunu Azərbaycanda canlı yayımlanacaq. Milyonlarla azarkeşin arzusunu nəzərə alan klub prezidentimizin şəxsi təşəbbüsü ilə `Borussiya` - `Qarabağ` matçı AZTV və `İdman-Azərbaycan vasitəsiylə canlı olaraq yayımlanacaq. Sabah 00:00-dan etibarən `Borussiya` - `Qarabağ` oyununu hər 2 kanaldan canlı olaraq izləməyi unutmayın...