“Qarabağ” – “Turan Tovuz” matçının hakimləri müəyyənləşdi

single-news
1 May 2026

“Qarabağ” – “Turan Tovuz” matçının hakimləri müəyyənləşdi



Komandamızın növbəti oyununun təyinatları açıqlanıb. Misli Premyer Liqasının XXX turunun “Qarabağ” – “Turan Tovuz” matçını Rəşad Əhmədov idarə edəcək. Namiq Hüseynov və Rahil Ramazanov baş hakimin köməkçiləri, Vüqar Həsənli dördüncü hakim olacaq.


Tural Qurbanov VAR, Asiman Əzizli AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

 

Qeyd edək ki, T.Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.

Paylaş

// pop up