`Qarabğ` FK daha bir sosial layihədə

single-news
21 Sen 2011

`Qarabğ` FK daha bir sosial layihədə



`Qarabağ` Futbol Klubu daha bir sosial layihədə iştirak etmişdir. Klubumuz Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi (XOK)ilə birlikdə `21 sentyabr – bir gün sülh` futbol turnirini təşkil etmişdir. Əqli imkanları məhdud, anadangəlmə qüsurlu şagirdlərin təhsil aldığı məktəblilər arasında baş tutan turnir oğlanlarla yanaşı qızlar üçün də keçirilmişdir. Oğlanların yarışında Xəzər rayonu 12 saylı xüsusi intetnat məktəbi ilk pilləyə sahıb çıxıb. Qaradağ rayon 14 saylı xüsusi internat 2-ci, Xəzər rayon E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi isə 3-cü yeri tutub.
Qızların yarışında isə Mirzəyev adına məktəb ilk pilləyə sahıb çıxıb. Digır pillələrdə isə 12  və 14 saylı  məktəblər qərarlaşıb.

Paylaş

// pop up