QARDAŞ MATÇINDA BÖYÜKLƏR QAZANDI
QARDAŞ MATÇINDA BÖYÜKLƏR QAZANDI
Suraxanı keçirilən matç hazırlıq mübarizəsindən daha çox qardaşlıq xarakteri daşısada oyun olduqca maraqlı alındı. Belə ki, əsas məqsədi “Qarabağ”ın əsas komandasına futbolçu yetişdirmək olan Yaşar Hüseynovun gənc yetirmələri özlərini heç də pis tərəfdən göstərmədilər.
Hər bir yoldaşlıq matçında hər hissədə yeni heyət meydana buraxmaq ənənəsinə baş məşqçi Rasim Kara bu dəfə də sadiq qalmışdı. Maraqlıdı ki, hücumçu Viktor İqbekoyi ilk yarıda dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. İkinci yarıda oyuna daxil olan və meydanın mərkəzində və sol cinahında daha çox gördüyümüz Əfran İsmayılov və Elçin Xəlilov müvafiq olaraq libero və cinah müdafiəçisi kimi oynayırdı. Eyni zamanda Bakıya yeni gəlmiş İsaac Puponun da bir hissə meydanda qaldığını qeyd edək.
Oyunca gəlincə, İlk yarıda tərəflər bir dəfə fərqlənə bldilər. Qoqa Bereya fərqlənənə qədər gənclərdən Rza Qafarlının epizoduna şans üzünə gülmədi.
İkinci yarıda isə qollar ard-arda gəldi. Öncə, İrakli Beraya qardaşının ardından qola sevindi. 2 topluq fərqə baxmayaraq, “Qarabağ-2” ruhdan düşmədi. Öncə, Röyal Nəcəfov uzaq məsafədən baxımlı qola imza atdı. Bir qədər sonra isə hesab bərabərləşdi. Samir Əliyev sağ cinahdan irəliləyərək hesabı bərabərləşdirdi. Lakin, gənclərin bunun ardını gətirə bilmədilər. Sona 2 dəqiqə qalmış Rauf Əliyev bir il bundan öncə çıxış etdiyi komandaya qrşı qələbə qoluna imza atdı.3:2.