`Qardaş`lar döyüşdü: `Balaca` Muraddan böyük zərbə
18 Noy 2010
`Qardaş`lar döyüşdü: `Balaca` Muraddan böyük zərbə
`Qarabağ`ımız artıq hazırlıqlarını davam etdirir. Milli oyunlar və qurban bayramı ilə ələqədar olaraq yaranmış fasilənin ardından əsas komandamız bu gün əvəzedicilərlə gücünü sınayıb. Zabrat qəsəbə stadionunda baş tutan görüşdə komandalar bu heyətlə meydana çıxıblar.
`Qarabağ` (Əsas): Sahil Kərimov, Qara Qarayev, Zaur Həşimov, Aftandil Hacıyev, Namiq Yusifov, Dövran Ayhan, Rəşad Sadiqov, Rəşad Kərimov, Georgi Adamiya, Tural İsgəndərov, Murad Səttarlı
`Qarabağ` (Əvəzedici): Osman Umarov, Emin Əliyev, Ürfan Abbasov, Bəxtiyar Məmmədov, Rövşən İsmayılov, Toğrul Bilallı, Ayaz Mehdiyev, Elmin Əlizadə, Kamil Xanıyev, Temkin Xəlilzadə, Nail Səfərov
AZAL-la oyunöncəsi komandaların oyun praktikasının qorumasına yönələn qarşılaşma böyüklərin qələbəsi ilə başa çatıb. Əsas komandamızın gənc ulduzlarından Murad Səttarlının het-trik etdiyi oyunda Adamiya 4-cu qolu vurub. Əvəzedicilərdən isə oyuna sonradan daxil olmuş İlhami Fərzəliyev başla təsəlli qolunu vurub: 4:1.