QARLI HAVADA YOLDAŞLIQ MATÇI . . .

single-news
19 Yan 2006

QARLI HAVADA YOLDAŞLIQ MATÇI . . .



Bu gün "Qarabağ" Zaqulbadakı ikinci dövrə hazırlığının son günündə "Şahdağ"la yoldaşlıq matçında qüvvəsini sınadı. İlk hissəyə komandamız aşağıdakı heyətlə çıxdı: C.Həsənzadə, H.İsgəndərov, V.Haqverdiyev, Samir Əbdürrəhmanov, M.Orucov, A.Kərimov, İlyas Qurbanov, R.Musayev, A.Voskoboynik, Fərid Quliyev, S.Musayev. İkinci hissədə isə daha iki baxışda olan legioner: Piter Ogaba və Abdul Adekunle,bundan başqa "Qarabağ"ın gənc futbolçuları: Mehran Əliyev, Namiq Yusifov və Fərid Haqverdiyev meydana çıxdılar. Heyətdən göründüyü kimi, "Qarabağ" bu oyunda beş futbolçuya baxış keçirdi. Üç futbolçu "Bakı"dan dəvət olunanlar idisə, digər iki futbolçu Nigeriyadan idi. Onların hamısı haqqında son fikri Baş Məşqçimiz Böyükağa Ağayev bildirəcək. İlk hissədə "Qarabağ" futbolçularının bir-birini gözəl başa düşməsi diqqəti çəkdi. Bir toxunuşla ötürmə ilə rəqibin cərimə meydançasına qədər yaxınlaşması futbolçuların təlim məşq prosesinin ilkin mərhələsini normal keçridiklərini göstərirdi. İkinci hissədə isə meydana çıxan gənc futbolçuların istəkli olmasına baxmayaraq, ustalıqlarının hələ lazım olan səviyyədə olmaması görsənirdi... ... "Qarabağ" 10 günlük təlim məşq prosesini başa vurduqdan sonra yanvarın 21-də bir günlük istirahətə yollanacaq. Yanvarın 22-də isə təlim məşq prosesinin ikinci mərhələsinə start veriləcək.

Paylaş

// pop up