`Qartal` 8 il sonra `aslan`ı yuvasında ovladı

single-news
29 Noy 2010

`Qartal` 8 il sonra `aslan`ı yuvasında ovladı



Türkiyə superliqasında ilin son derbisi baş tutub. `Ali Sami Yen` də eyni zamanda tarxində sonuncu derbini qəbul edib. Arxada buraxdığımız ildə derbidə qələbə qazana bilməyən `Qalatasaray` və `Beşiktaş` bu uğursuz tendensiyaya son qoymaq istəyirdi. Görüşə qonaqlar yaxşı başladı və Holoşko 8-ci dəqiqədə `qara qartallar`a penalti qazandırdı. Quti isə hesabı açmaqda çətinlik çəkmədi. Növbəti qolu gözləmək üçün 70 dəqiqə gözləmək lazım gəldi. Qutinin ideal asmasını Nobre başla dəqiq tamamladı. Görüşün son dəqiqəsidə Kyuel qapıçının səhvindən sonra hesab arasındakı fərqiazalması təsəllidən başqa bir şey olmadı.
Beləliklə, `Beşiktaş`8 illik fasilədən sonra əzəli rəqibini `Ali Sami Yen`də məğlub etməyi bacardı.

Paylaş

// pop up