QAX TOPLANIŞI DAVAM EDİR

single-news
19 İyn 2006

QAX TOPLANIŞI DAVAM EDİR



"Qarabağ" Futbol Klubu hazırlığının birinci mərhələsini davam etdirir. Əsasən fiziki hazırlıqlara üstünlük verilən bu mərhələdə futbolçuların fiziki göstəriciləri yüksəldilir. Bir neçə gündən sonra başa çatacaq bu mərhələdən sonra komanda iki günlük istirahət edəcək. Məhz bundan sonra komanda hazırlığının əsas mərhələsinə start verəcək. Bu mərhələnin ölkə xaricində keçiriləcəyi planlaşdırılmışdır. Türkiyəyə yollanacaq komanda burada bir neçə yoldaşlıq görüşündə komandanın komplektləşdirilməsinə yekun vuracaq. Heyətlə bağlı komandada heç bir problem yoxdur. Bir neçə yeni futbolçunu heyətə qatan "Qarabağ" Qax toplanışı başa çatan kimi, onlarla müqavilələr bağlanacaq. Legionerlərdən İrakli və Qoqa Beraya qardaşları və Sergey Sokolov da hazirlığın ikinci günündən komandanın düşərgəsinə qoşulmuşdur. Ağır əməliyyatdan sonra İrakli Berayanın artıq avqust ayında tam gücü ilə çempionatda oynayacağı da dəqiqləşmişdir. Futbolçu hal-hazırda topla fərdi məşqlərə başlamışdır.

Paylaş

// pop up